Modern.az

Mbappe rekorda imza atdı

Mbappe rekorda imza atdı

İdman

4 Dekabr 2022, 23:04

Fransalı hücumçu Kilian Mbappe rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, o, buna Qətərdə keçirilən mundialın pley-off mərhələsi çərçivəsində oynanılan Fransa – Polşa (3:1) matçında nail olub.

 

Belə ki, hücumçu 24 yaşadək futbolçular arasında mundiallarda 9 qol vuran ilk oyunçudur. Qətərdə təşkil olunan dünya çempionatında Mbappenin aktivində 5 qol var. O, 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında 4 qolun müəllifi olub.

 

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü