Modern.az

Portuqaliya darmadağınla 1/4 finala yüksəldi - YENİLƏNİB

Portuqaliya darmadağınla 1/4 finala yüksəldi - YENİLƏNİB

7 Dekabr 2022, 00:55

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıb.

 

Bu görüşdə rəqibini 6:1 hesabı ilə darmadağın edən Portuqaliya təmsilçisi 1/4 finala vəsiqə qazanıb. Beləliklə, Portuqaliya millisi 1/4 finalda Mərakeş yığmasına rəqib olub.

 

Qeyd edək ki, komandaların görüşü dekabrın 10-da baş tutacaq.

 

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda hesab yenidən dəyişib.

 

Modern.az xəbər verir ki, 55-ci dəqiqədə Rafael Gerreyru komandasının 4-cü qolunu vurub. Cəmi 3 dəqiqə sonra İsveçrə futbolçusu Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb.

 

Maraqlı anlarla yadda qalan görüşun 67-ci dəqiqəsində Portuqaliya yığması 5-ci dəfə rəqib komandanı meydanın mərkəzinə dəvət edib - 5:1

 

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 51-ci dəqiqədə Portuqaliya komandasından Qonsalu Ramuş növbəti dəfə fərqlənib - 3:0.

 

***

23:34

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, matçın 33-cü dəqiqəsində Pepe Portuqaliyanın ikinci qoluna imza atıb.

 

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, 17-ci dəqiqədə fərqlənən Qonsalu Ramuş Portuqaliyanı hesabda önə keçirib.

 

***

Dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

22:24

 

Dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar aşağıdakı tərkibdə oyuna çıxacaqlar:

 

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

 

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir