Modern.az

Dünya çempionatında yeni rekord

Dünya çempionatında yeni rekord

İdman

7 Dekabr 2022, 08:50

Portuqaliyalı futbolçu Pepe Qətərdə keçirilən dünya çempionatında rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, mundialın pley-off mərhələsində İsveçrə ilə qarşılşamada fərqlənən Pepe dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

 

Müdafiəçi bu uğura 39 yaşında (3 aydan sonra onun 40 yaşı tamam olacaq) nail olub.

 

Qeyd edək ki, Portuqliya millisi rəqibini 6:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə komanda Mərakeş seçməsi ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü