İspaniya millisinin yeni baş məşqçisi məlum olub.
Modern.az xəbər verir ki, Luis Enrikenin istefaya göndərilməsindən sonra bu vəzifəyə Luis de la Fuente təyin olunub. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.
Luis de la Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.
İspaniya Futbol Federasiyası bu gün Luis Enrike ilə yolları ayırıb. Buna komandanın DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzması səbəb olub.