Modern.az

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli oldu

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli oldu

16 Dekabr 2022, 08:27

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq.

 

Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

 

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!