Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.
Modern.az xəbər verir ki, Zaqreb Şəhər İdman Assosiasiya komandanı mükafatlandırıb.
Mərasimdə Emreli və komandanın düşərgəsində olan digər futbolçular iştirak ediblər.
Klubun uğurları kimi futbol üzrə Xorvatiya çempionluğu, ölkə Superkubokunun qazanılması, 2021-2022-ci il mövsümündə Avropa Liqasının pley-off mərhələsində və 2022-2023-cü il mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək göstərilib.
Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatında 41 xalla turnir cədvəlinin lideridir.