Modern.az

Argentinalı futbolçu rekorda imza atdı

Argentinalı futbolçu rekorda imza atdı

19 Dekabr 2022, 08:40

Argentina millisinin üzvü Anxel Di Mariya rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, məşhur futbolçu Qətərdə keçirilən futbol üzrə dünya çempionatının Fransa ilə final oyununda fərqlənməklə buna nail olub.

 

Belə ki, Di Mariya mundial, Amerika kuboku yarışı və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl medal qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kuboku yarışının finalında Braziliya ilə oyunda qələbə qolunu vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!