Modern.az

“Neftçi” yarımfinala yüksəldi

“Neftçi” yarımfinala yüksəldi

İdman

20 Dekabr 2022, 21:47

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. 

 

Modern.az xəbər verir ki, "Bakcell Arena"da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib.

 

Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib.

 

“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər.

 

Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var