Modern.az

"Sumqayıt" Rusiya komandası ilə qarşılaşacaq

İdman

21 Dekabr 2022, 19:54

“Sumqayıt” futbolçularının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, “Gənclik şəhəri”nin təmsilçisi Rusiyanın “Krılya Sovetov” komandası ilə qarşılaşacaq. Görüş 2023-cü il yanvarın 17-nə planlaşdırılır.

 

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

 

“Sumqayıt” yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var