Modern.az

Bakıda keçirilən beynəlxalq yarışın qalibi məlum oldu

Bakıda keçirilən beynəlxalq yarışın qalibi məlum oldu

23 Dekabr 2022, 22:55

Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinə yekun vurulub.

 

"Modern.az xəbər verir ki, sonuncu yarış günündə blits növündə 9 tur keçirilib.

 

Rapid və blits yarışlarının yekununa əsasən, 25,5 xal toplayan özbəkistanlı Nodirbek Abdusattorov qalib olub. Rauf Məmmədov və Şəhriyar Məmmədyarov hərəyə 20,5 xalla 2-3-cü yerləri tutublar.

 

Abdulla Qədimbəyli (12 xal) 9-cu, Aydın Süleymanlı isə (11 xal) sonuncu - 10-cu olublar.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var