Modern.az

Xizəkçimizin ayağı sındı

Xizəkçimizin ayağı sındı

24 Dekabr 2022, 13:51

Azərbaycan xizəkçisi İlya Kostovun ayağı sınıb.

 

Qış İdman Növləri Federasiyasından Modern.az-a verilən məlumata görə, hadisə İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda baş verib.

 

Atlet aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

 

Kostov hadisədən bir gün öncə Pila kurortunda FIS təqvimində keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var