Modern.az

“Qarabağ” 500-cü qələbəsini qazanıb

“Qarabağ” 500-cü qələbəsini qazanıb

25 Dekabr 2022, 22:07

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

 

Modern.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəliblər – 3:0.

 

Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Rekord göstərici 871-ci oyunda qeydə alınıb.

 

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmirin “Şirvan” komandasını qəbul edən Ağdam təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var