Modern.az

Mahir Emreli Türkiyə klubuna keçir

Mahir Emreli Türkiyə klubuna keçir

27 Dekabr 2022, 19:15

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo Zaqreb”dən ayrılıb Türkiyə klubuna keçə bilər.

 

Modern.az xəbər verir ki, iddialara görə, transfer yanvarda reallaşacaq.

 

Zaqreb klubundakı durumundan məmnun olmayan Emreli “Antalyaspor”a yollanmaq niyyətindədir.

 

Qeyd edək ki, iyirmi beş yaşlı hücumçu “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub. Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var