Modern.az

Şahin Diniyev Qurbanovun yerinə gətirildi

Şahin Diniyev Qurbanovun yerinə gətirildi

İdman

28 Dekabr 2022, 19:57

"Səbail" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Şahin Diniyevə tapşırılıb.

 

Mütəxəssis bu postda Mahmud Qurbanovu əvəzləyib. Onun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.

 

Qeyd edək ki, Şahin Diniyev daha əvvəl "Qarabağ", "Kəpəz", "Rəvan" və Azərbaycan millisinin baş məşqçisi olub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var