Modern.az

Pelenin 100 yaşlı anası oğlunun ölümündən xəbərsizdir

Pelenin 100 yaşlı anası oğlunun ölümündən xəbərsizdir

İdman

31 Dekabr 2022, 14:47

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən xəbərsizdir.

 

Modern.az xəbər verir ki, bu barədə mərhum futbolçunun bacısı məlumat verib.

 

“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”, - deyə o bildirib.

 

Xatırladaq ki, Pelenin anasının 100 yaşı var.

 

Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var