Modern.az

GDU-nun tələbəsi sərbəst güləş üzrə yarışda uğur qazandı - FOTOLAR

GDU-nun tələbəsi sərbəst güləş üzrə yarışda uğur qazandı - FOTOLAR

İdman

5 Yanvar 2023, 09:28

Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş respublika üzrə sərbəst güləş üzrə turnirin final mərhələsində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi Elşən Babayev Kəlbəcər komandasını təmsil edərək 65 kq çəki dərəcəsində III yer tutub. E.Babayev müvafiq diplom və medalla təltif olunub.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, universitetin Idman Klubunun sədri Xəqani Umudov və III yerin qalibi Elşən Babayevlə görüş keçirib.

Rektor tələbəmizi təbrik edərək dərslərində və idman sahəsində daha böyük uğurlar və  müvəffəqiyyətlər arzulayıb.

 

Görüşdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov ali məktəbdə digər elmlərlə yanaşı idman sahəsinə də xüsusi diqqət göstərildiyi üçün rektora təşəkkür edib.

 

Görüşdə elmin inkişafında və ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Gəncə Dövlət Universitetinin rektoruna YAP Kəlbəcər Rayon Təşkilatı tərəfindən Fəxri Fərman təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var