Modern.az

Ərəbistan hökumətindən Ronaldo və sevgilisinə GÜZƏŞT

Ərəbistan hökumətindən Ronaldo və sevgilisinə GÜZƏŞT

İdman

5 Yanvar 2023, 10:56

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçən Kriştianu Ronaldo və sevgilisi Corcina Rodrigezin bu ölkədə necə yaşayacaqları ilə bağlı qərar verilib.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə evli olmayan cütlüklər birlikdə yaşaya bilməz.

 

Bu səbəbdən Ronaldo və Corcina cütlüyünün birlikdə necə yaşayacağı mövzusu gündəmə gəlib. Lakin Səudiyyə Ərəbistanı mətbuatının yazdığına görə, ölkə hakimiyyəti onlara güzəşt edəcək. Amma bunun üçün “Əl Nəsr” klubu Corcinanı da rəsmi işə götürməlidir. Çünki qaydalara görə, rəsmi nikahda olmayan və ya hər hansı rəsmi işi olmayan xarici vətəndaş Səudiyyə Ərəbistanında yaşaya bilməz. Ona yalnız 90 günlük turist vizası verilir. 

 

Eyni zamanda Ronaldonun iki oyunda “Əl Nəsr” klubuna kömək edə bilməyəcəyi açıqlanıb. Buna səbəb isə portuqaliyalı futbolçunun İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edərkən aldığı cəzadır.

 

Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”dən qalmaqallı şəkildə ayrılaraq “Əl-Nəsr”lə müqavilə imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var