Modern.az

Ən bahalı futbolçu - Nə Messi, nə də Ronaldodur

Ən bahalı futbolçu - Nə Messi, nə də Ronaldodur

İdman

5 Yanvar 2023, 17:55

“CIES Football Observatory” futbolçuların transfer dəyərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, tədqiqat qrupu dünyanın 75 liqasından 30 mindən çox oyunçunun təxmini transfer qiymətini dərc edib.

 

Məlumata görə, “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 208 milyon avro ilə ən bahalı futbolçudur. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 200,5 milyon avro ilə reytinqdə ikinci pillədə qərarlaşıb.

 

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe (191,7 milyon avro), “Real Madrid”dən Vinisius Junior (190,5 milyon) və Erlinq Holand (“Mançester Siti”, 174,9 milyon) yer alıblar.

 

Lionel Messi və Kriştiano Ronaldo reytinqdə ilk yüzlüyə də daxil edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var