Modern.az

Deşam daha 4 il fransızların baş məşqçisi olacaq

Deşam daha 4 il fransızların baş məşqçisi olacaq

İdman

7 Yanvar 2023, 16:48

Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisi Didye Deşamla yeni müqavilə imzalayıb.

Modern.az xəbər verir ki, futbol mütəxəssisi ilə müqavilə 2026-cı ilə qədər uzadılıb. 

Qeyd edək ki, Deşam 2012-ci ilin iyunundan Fransa millisini çalışdırır.  Onun rəhbərlik etdiyi Fransa millisi 139 oyunda 89 qələbə qazanıb. Mütəxəssisin rəhbərliyi altında fransalılar DÇ-2018-in, 2021-ci ildə Millətlər Liqasının qalibi olub, Avro-2016-nın DÇ-2022-nin finalına yüksəlib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var