Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.
Modern.az xəbər verir ki, XVIII tura təsadüf edəcək prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edəcək.
“Ülkər” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yeni ildə ilk derbi qarşılaşmasını baş hakim Halil Umut Meler idarə edəcək.
Qeyd edək ki, 16 turdan sonra “Qalatasaray” 36 xalla hazırda turnir cədvəlinin lideridir. Əzəli rəqibindən bir xal az toplayan “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 35 xalla üçüncü sırada yer alıb.