Modern.az

Ronaldonun “Əl-Nəsr”də debüt vaxtı açıqlandı

Ronaldonun “Əl-Nəsr”də debüt vaxtı açıqlandı

İdman

9 Yanvar 2023, 08:10

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

 

Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq.

 

Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Qeyd edək ki, o vaxtadək portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var