Modern.az

"Qəbələ"nin Çexiya klubu ilə oyununda əlbəyaxa dava - VİDEO 

İdman

16 Yanvar 2023, 18:00

"Qəbələ"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın "Teplitse" komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

 

Modern.az-ın məlumatına görə, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

 

Qarşıdurmanın böyüdüyün görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir