Modern.az

“Qarabağ”dan yeni transfer

“Qarabağ”dan yeni transfer

24 Yanvar 2023, 23:18

"Qarabağ" klubu Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

 

Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi