Modern.az

Naftalanda yeni idman qurğuları sakinlərin istifadəsinə verilib - FOTOLAR

Naftalanda yeni idman qurğuları sakinlərin istifadəsinə verilib - FOTOLAR

26 Yanvar 2023, 15:13

Son illərdə Naftalanda idmanın inkişafına xüsusi diqqət göstərilir. Şəhərin müxtəlif ərazilərində açıq havada idman qurğularının istifadəyə verilməsi şəhərdə gənclərin idmana olan marağını daha da artırılıb.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə insanların sağlamlığı və bütövlükdə idmanın inkişafı üçün verdiyi tapşırıqlara əsasən, eləcə də “Heydər Əliyev İli” çərçivəsində ŞİH tərəfindən əhalinin fiziki aktivliyini təmin etmək məqsədilə Ulu Öndərin adını daşıyan parkda, açıq havada müxtəlif idman qurğuları quraşdırılıb. Bu qurğulardan təkcə şəhərin yeniyetmə və gəncləri deyil, həmçinin şəhərə gələn yerli və xarici turistlər də asudə vaxtlarında istifadə edə biləcəklər.

 

Gələcəkdə şəhərin müxtəlif ərazilərində bu cür idman qurğularının quraşdırılması nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!