Modern.az

Cüdoçularımız Qran-pridə mübarizəyə başlayır

Cüdoçularımız Qran-pridə mübarizəyə başlayır

İdman

28 Yanvar 2023, 12:00

Bu gün Azərbaycanın daha 6 cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, yarışın ikinci günündə kişilərdən 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Rüstəm Orucov və Elcan Hacıyev qüvvəsini sınayacaq.

 

Qadınlar arasında isə 63 kq-da Aytac Qardaşxanlı və 70 kq-da Südabə Ağayeva medal uğrunda güləşəcək.

 

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır