Modern.az

Avropa çempionatı ilk dəfə Bakıda keçiriləcək

Avropa çempionatı ilk dəfə Bakıda keçiriləcək

28 Yanvar 2023, 15:10

Gələn il oktyabrın 16-19-da Bakı “TeamGym” üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a bildirilib ki, bu barədə qərar Avropa Gimnastikasının Lozannadakı baş qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bu, ölkəmizin “TeamGym” üzrə ev sahibliyi edəcəyi ilk Avropa çempionatı olacaq.

 

Bu gimnastika növü ölkəmizdə 2018-ci ildən inkişaf etdirilir. Yığma komandamızın “TeamGym” üzrə Portuqaliyada keçirilən Avropa çempionatına ilk dəfə qatılması ilə “TeamGym” gimnastika növü rəsmi olaraq AGF-nin fəaliyyətinə daxil olub.

 

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasına aid qeyri-Olimpiya növü olan komanda yarışıdır. Buraya 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

 

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

 

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi