Modern.az

“Qarabağ”ın Alves üçün təklifi rədd edildi

“Qarabağ”ın Alves üçün təklifi rədd edildi

30 Yanvar 2023, 09:58

“Qarabağ” klubunun braziliyalı qapıçı Vana Alves üçün göndərdiyi təklif rədd edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu Kiprin “Aris” klubunun qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib. Lakin Limassol təmsilçisi bunu qəbul etməyib.

 

Məlumata görə, 32 yaşlı futbolçu “Qarabağ” da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

 

Qeyd edək ki, 2021-ci ildən “Aris”in formasını geyinən Vana Alves karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir