Serbiyalı qapıçını “Qarabağ”a vermədilər

Serbiyalı qapıçını “Qarabağ”a vermədilər

31 Yanvar 2023, 18:02

Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Limassol təmsilçisi serbiyalı qolkiperini "köhlən atlar"a satmaqdan imtina edib.

 

31 yaşlı çərçivə qoruyucusunun "Apollon"la 2026-cı ilin yayınadək müqaviləsi var.

 

Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i rusiyalı qapıçısı Andrey Lunyovu, Kipr "Aris"i isə braziliyalı qolkiperi Vana Alvesi "Qarabağ"a satmağa razılaşmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Zəngəzurda kritik görüş: Azərbaycan yox dedi