Modern.az

Məşhur qapıçının yeni klubu bilindi

Məşhur qapıçının yeni klubu bilindi

1 Fevral 2023, 08:43

Fransanın PSJ klubunun qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək.

 

Modern.az xəbər verir ki, Kosta-Rika millisinin qolkiperi “Nottingem Forest”ə transfer olunub.

 

37 yaşlı futbolçunun transferinin təfərrüatları barədə hələlik məlumat verilməyib.

 

İngiltərə təmsilçisi daha əvvəl Navası icarəyə götürməyi planlaşdırırdı. Lakin sonda tərəflər birdəfəlik transferdə ortaq məxrəcə gəliblər.

 

Qeyd edək ki, 2019-cu ildən PSJ-nin formasını geyinən Keylor Navas cari mövsüm cəmi 2 oyunda çərçivəni qoruyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır