Modern.az

Qeydiyyat başladı - “Formula 1”in bilet satışında rekord

Qeydiyyat başladı - “Formula 1”in bilet satışında rekord

1 Fevral 2023, 11:24

Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.


Modern.az xəbər verir ki bunu Formula 1 Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov deyib. 

 

"Mövsümün ilk sprint yarışı Bakıda keçiriləcək" ,- o bildirib.

 

T.Teymurov vurğulayıb ki, Formula 1 yarışını işıqlandıracaq yerli media nümayəndələrinin akkreditasiyası prosesi bu gündən başlanır: "Bu gündən yerli media nümayəndələrinin akkreditasiyasına başlanır. Proses 9 gün çəkəcək. Beləliklə, proses 10 martda başa çatacaq".

 

O, həmçinin bu il bilet satışında rekorda imza atıldığını söyləyib: "Biletlərimiz satışa çıxan kimi onu almaq üçün xeyli müraciətlər oldu. Biletlərimiz 90 ölkədən alınıb. Top üçlükdə Niderland, Böyük Britaniya və Türkiyə qərarlaşıb".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi