Modern.az

Rusiya boksçuları rinqə qayıdırlar

Rusiya boksçuları rinqə qayıdırlar

1 Fevral 2023, 15:55

Boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışına start veriləcək.

 

Modern.az-ın məlumatına görə, turnir fevralın 2-10-da Mərakeşdə keçiriləcək.

 

Mərakeş kralı VI Məhəmmədin mükafatları uğrunda yarış Rusiyanın uzun fasilədən sonra beynəlxalq arenaya qayıdışı ilə əlamətdar olacaq. Ukrayna ilə müharibə üzündən əksər idman növlərində beynəlxalq yarışlara buraxılmayan şimallılar artıq Mərakeşdədirlər.

 

Beynəlxalq Boks Assosiasiyası (İBA) Rusiya və Belarus idmançılarına tətbiq olunan cəzanı 2022-ci il oktyabrın 5-də ləğv edib. Bunadək təxminən 7 ay müddətində iki ölkə təmsilçiləri heç bir yarışa buraxılmayıb.

 

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçu 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir