Modern.az

Məşhur futbolçu millidən ayrıldı

Məşhur futbolçu millidən ayrıldı

İdman

3 Fevral 2023, 08:30

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

 

Modern.az xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi özünün instaqram hesabında məlumat paylaşıb.

 

O, artıq yeni nəsil futbolçulara şans verməyin vaxtının çatdığını bildirib. Məşhur futbolçu bir neçə ay düşündükdən sonra millidən ayrılmaq qərarı verdiyini söyləyib.

 

Qeyd edək ki, Rafael Varan Fransa millisində debütünü 2013-cü il martın 22-də dünya çempionatının seçmə mərhələsində Gürcüstanla matçda (3:1) edib. O, yığmada 93 oyuna çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı