Modern.az

\"Qarabağ\" sloveniyalı qapıçı ilə maraqlanır

\

3 Fevral 2023, 15:26

"Qarabağ" klubu Sloveniya "Maribor"unda çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.

 

Modern.az "Nogomania" nəşrinə istinadən xəbər verir ki, "köhlən atlar"la yanaşı ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.

 

"Maribor" hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

 

Qeyd edək ki, Ajbe Yuq 2020-ci ildən "Maribor"da çıxış edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir