Mesut Özil karyerasını BİTİRDİ

Mesut Özil karyerasını BİTİRDİ

3 Fevral 2023, 16:48

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda "Başakşehir"də çıxış edən oyunçu gözlənilmədən bu addımı atıb.

 

Bugünkü məşqdə iştirak etməyən 35 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarına karyerasını bitirəcəyini söyləyib.

 

Qeyd edək ki, Mesut Özil İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə kəşfiyyatı hərəkətə keçdi: Dərhal əməliyyat başlayacaq!