Modern.az

Cüdoçumuz qızıl medal qazandı 

Cüdoçumuz qızıl medal qazandı 

4 Fevral 2023, 21:40

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.

 

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

 

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir