Kannavaro istefaya göndərildi

Kannavaro istefaya göndərildi

5 Fevral 2023, 21:33

İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, komandanın uğursuz çıxışlarına görə komandadan göndərilib.

 

Qeyd edək ki, “Benevento” 23 oyundan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır