Modern.az

“Qalatasaray” əzəli rəqibinə qalib gəldi

“Qalatasaray” əzəli rəqibinə qalib gəldi

İdman

5 Fevral 2023, 23:03

Futbol üzrə Türkiyə çempionatında "Qalatasaray" klubu doğma meydanda "Trabzonspor"u qəbul edib.

 

Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyunun 12-ci saniyəsində “Trabzonspor”un uruqvaylı forveti Maxi Gomez hesabı açıb. 19-cu dəqiqədə Mertens bərabərliyi təmin edib.

 

Ev sahibi 52-ci dəqiqədə on bir metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb və Mauro İcardi “Qalatasaray”ı 2:1 önə keçirib. Görüş bu hesabla başa çatıb.

 

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbağça” 45 xalla ikinci, “Medipol Başakşehir” isə 40 xalla üçüncüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı