Modern.az

Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib

Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib

6 Fevral 2023, 14:28

Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib. İyirmi yeddi yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

 

Modern.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, o, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb. Futbolçu 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubok yarışlarında 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.

 

R.Şeydayevin “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.

 

Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi