Modern.az

Millimiz Tacikistana uduzdu

Millimiz Tacikistana uduzdu

6 Fevral 2023, 18:12

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan əvvəl qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.

 

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...