Modern.az

Atletlərin yarışı ləğv edildi 

Atletlərin yarışı ləğv edildi 

7 Fevral 2023, 18:16

Türkiyədənin İstanbulda şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə Qış Balkan Çempionatı ləğv edilib.

 

Azərbaycan Atletika Federasiyasından Modern.az-a verilən məlumata görə, buna ölkənin 10 vilyatində baş vermiş dəhşətli zəlzələ səbəb olub. Yarış fevralın 11-də olmalı idi.

 

Qış Balkan Çempionatında Azərbaycan atletlərinin də iştirakı nəzərdə tutulmuşdu.

 

Daha əvvəl taekvondo üzrə açıq Türkiyə çempionatı ləğv olunub. Bu səbəbdən Azərbaycan millisi yaxın zamanda Bakıya qayıdacaq.

 

Qeyd edək ki, son məlumatlara görə, 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 adam həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu