Modern.az

"Qarabağ"ın oyununda zəlzələ qurbanları anılacaq 

İdman

10 Fevral 2023, 19:56

"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

 

"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?