Modern.az

FİFA super dünya çempionatı keçirəcək

FİFA super dünya çempionatı keçirəcək

22 Fevral 2023, 10:33

FİFA yeni yarış təşkil etməyi planlaşdırır.

 

Modern.az saytı xəbər verir ki, ali futbol qurumu 2025-ci ilə qədər 32 klubun iştirak edəcəyi klublar üzrə super dünya çempionatını keçirməyi planlaşdırır.

 

Turnir iştirakçılarından dördü 2022-2025-ci illərdə Çempionlar Liqasını qazanan komandalar olacaq. Bu isə o deməkdir ki, ötən il qitənin ən güclü klubu olan Madrid “Real”ı artıq yarışda yerini təmin edib.

 

Mundialda Avropa 12, KONMEBOL (Cənubi Amerika) 6, AFC (Asiya) 4, CAF (Afrika) 4, Mərkəzi və Şimali Amerika 4, OFC (Okeaniya) 1 klubla təmsil olunacaq. Sonuncu komanda isə turnirin ev sahibi olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?