Modern.az

Çox sərt komandaya qarşı oynayırıq - Qurban Qurbanov 

Çox sərt komandaya qarşı oynayırıq - Qurban Qurbanov 

İdman

22 Fevral 2023, 22:53

Cavab matçında daha çox güc sərf etməli olacağıq.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

 

Əlli bir yaşlı mütəxəssis vacib görüşə ciddi hazırlaşdıqlarını bildirərək deyib: “Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox sərt komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.

 

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

 

Qeyd edək ki, fevralın 23-dən 24-nə keçən gecə "Xelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi