“Qarabağ” rəhbərliyi klubdan ayrılan fotoqrafla GÖRÜŞDÜ

“Qarabağ” rəhbərliyi klubdan ayrılan fotoqrafla GÖRÜŞDÜ

İdman

28 Fevral 2023, 16:18

“Qarabağ” rəhbərliyi işdən çıxarıldığı deyilən fotoqraf Elmir Kərimovla görüşüb.

 

Modern.az xəbər verir ki, E.Kərimov ötən gün klubun ofisinə dəvət edilib.

 

Onunla görüşdə məsələyə aydınlıq gətirilib və arada anlaşılmazlıq olduğu söylənilib.

 

Görüşlə bağlı açıqlama verən fotoqraf özü də məlumatı təsdiqləyib. Bildirib ki, klub rəhbərliyi ilə görüşdə məsələlərə aydınlıq gətirilib: “Yenidən işə qayıtmaq təklif olundu. Bununla bağlı qərarımı yaxın günlərdə verəcəm”. 

 

Qeyd edək ki, Elmir Kərimov bir neçə gün öncə matçlardan çəkiliş üçün ona verilən 100 manatlıq qonorarın 50 manata endirilməsindən sonra klubdan ayrıldığını açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi