Modern.az

“Tokio-2020”nin qalibi Azərbaycana gəlir

“Tokio-2020”nin qalibi Azərbaycana gəlir

İdman

3 Mart 2023, 13:20

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

 

Modern.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışlarda iştirak edəcək İsrail yığmasının heyəti açıqlanıb. Heyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi Artyom Dolqopyat, Eyal İndiq, Andrey Medvedev, Aleksandr Myakinin və Lihi Raz yer alıblar.

 

Turnirdə rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.

 

Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu