Modern.az

Əliyar Ağayev Konfrans Liqasına təyinat aldı

Əliyar Ağayev Konfrans Liqasına təyinat aldı

7 Mart 2023, 08:38

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasına növbəti dəfə təyinat alıb.

 

Modern.az məlumatına görə, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi