Modern.az

Tofiq Musayev məğlub oldu - Zədələnib nakauta düşdü

Tofiq Musayev məğlub oldu - Zədələnib nakauta düşdü

İdman

11 Mart 2023, 08:50

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

 

Modern.az-ın məlumatına görə, Dünya Qran-prisinin 1/4 final mərhələsində keçirilən döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib.

 

ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan T.Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.

 

Qeyd edək ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü