Modern.az

Güləşçimiz Avropa çempionatının finalında

Güləşçimiz Avropa çempionatının finalında

İdman

13 Mart 2023, 23:05

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.

 

Milli komandamızın üzvü Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli martın 14-də finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.

 

Rahim Həsənov (55 kq) dörddəbir finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olublar. S.Məmmədovun rəqibi finala yüksəldiyi üçün güləşçimiz martın 14-də təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi