Modern.az

Qadın güləşçilərimizin ilk rəqibləri bəlli oldu

Qadın güləşçilərimizin ilk rəqibləri bəlli oldu

14 Mart 2023, 23:37

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, martın 15-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

 

Martın 14-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Təmsilçilərimizin ilk rəqibləri bəlli olub. Belə ki, Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leorda, Gültəkin Şirinova (53 kq) İtaliya idmançısı Mariya Ferone, Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovska, Jalə Əliyeva (57 kq) Ukrayna güləşçisi Aleksandra Xomenets, Birgül Soltanova (65 kq) bolqarıstanlı Gergana Stoyanova, Nigar Mirzəzadə (68 kq) isə slovakiyalı Suzanna Molnar ilə qarşılaşacaq.

 

Qeyd edək ki, martın 15-də Ş.Nəzərova, E.Məmmədova və N.Mirzəzadə mübarizəyə start verəcək. Digər qadın güləşçilərimiz isə növbəti gün xalçaya çıxacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?