Modern.az

Çempionlar Liqasında 1/8 finala yekun vurulur

Çempionlar Liqasında 1/8 finala yekun vurulur

15 Mart 2023, 07:47

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaq.

 

İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u qəbul edəcək. Görüşün baş hakimi almaniyalı Feliks Tsvayer olacaq.

 

Gecənin digər matçında isə "Napoli" İtaliyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını sınağa çəkəcək. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Oyunu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

 

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart

 

00:00. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun - 5:2
Madrid, "Santyaqo Bernabeu" stadionu

 

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun - 2:0
Neapol, "Dieqo Armando Maradona" stadionu

 

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər